adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
24 Mart 2020 13:31
9308
MƏMLƏKƏT
A- A+

Yarmarkalarda yalnız bu məhsullar satışa çıxarıla bilər

Yarmarkalarda minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qeydiyyata alınmış subyektlər (illik dövriyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ailə-kəndli təsərrüfatları istisna olmaqla) tərəfindən istehsal edilmiş kənd təsərrüfatı məhsulları satışa çıxarıla bilər.

Bu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ərzaq məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə (topdan və pərakəndə satış obyektləri, bazar, yarmarka və s.) koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişində əks olunub.

Bununla yanaşı, yarmarkanın təşkilatçısı yarmarkanın keçiriləcəyi ərazinin baytarlıq, fitosanitar, sanitar-epidemioloji və ekoloji tələblərə dair qaydalar və normalara uyğun olmasını təmin etməlidir. Yarmarkanın təşkilatçısı yarmarkanın keçiriləcəyi ərazinin, piştaxtaların, daşıma vasitələrinin müntəzəm olaraq təmizlənməsi, yığışdırılması, yuyulması və dezinfeksiyası ilə əlaqədar xidmətləri təşkil etməlidir. Yarmarkanın keçiriləcəyi ərazi satıcıların satış yerlərinin qurulmasından qısa müddət öncə və yarmarka ilə bağlı fəaliyyətlər sona çatdıqdan sonra dezinfeksiya edilməlidir.