adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Dünya kimindir? - Pərvanə Bayramqızı yazır

790572 | 2020-03-30 08:09

"İnsan cəmiyyətindəki quruluşlar saat rəqqasına bənzərolaraq iki kənar nöqtə arasında və ya bir-birinə əks olan iki fəlakət arasındahərəkət edir; bunlar: despotizm və anarxizmdir. İnsanlıq bu iki şərdən birindənuzaqlaşdığı dərəcədə o birinə yaxınlaşmış olur. Buna görə də belə görünə bilərki, insanlığın rifahı və xoşbəxtliyi bu iki kənar nöqtənin arasında, haradasaonların ortasındadır. Ancaq bu heç də belə deyil. İş bundadır ki, despotizm vəanarxiya eyni dərəcədə qorxulu deyil. Despotizm daha az təhlükəli olmaqla onunzərbələri yalnız perspektivləri aradan qaldırmağa və ayrı-ayrı şəxsiyyətlərəqarşı yönəlmişdir; bunun əksinə olaraq, anarxiyada perspektiv və gerçəklikbir-birindən ayırd edilmir və onun zərbələri heç bir fərq qoymadan bunlarınikisinə də endirirlir. Məhz buna görə də, dövlət quruluşu anarxiyadan daha çox despotizmə yönəlsəyaxşıdır; bir az da artığını desəm: dövlət quruluşunda bir sıra despotizmelementlərinə həmişə yer olmalıdır”. Artur Şopenhuaerin bu fikirlərindən sonradespotizm haqqında da yazmaq gərək olur.

Despotizm — idarəetmənin öz istəyinə görə hərəkətedən bir şəxsin əlində cəmləşməsidir. Bu sistemdə dövlət başdakı idarəçinin istəyiilə idarə olunur. Despotizmdə heç bir konstitusiya və hüquq sistemi roloynamır.

Anarxiya isəayrı-ayrı adamların və ya qrupların rəhbərliyə, hökumətə tabe olmaması zamanmeydana çıxan qarışıqlıqdır.

Təbii ki, hər iki quruluşu heç hansımız bəyənmirik.Çünki hamımız nağıl xoşlayırıq. Demokratiyanı deyirəm. Onun necə olduğunu min kərəoxumuş, hətta xəyal etmişsiniz. Amma vallah-billah bu sadəcə, avazdır. Öz vətəndaşıüçün sivil cəmiyyət qurmaqla gözlərimizə kül üfürürlər. Demokratiya uyduranlarözləri başqa ölkələri tar-mar edib, yerli əhaliyə işgəncə verirlər.

Yer kürəsi, təbiət, kainat, dediyimiz yaşadığımız məkan"kağızlaşdırılaraq” qlobus, siyasi aləmdə ayrı-ayrı dövlətlər, şeirlərdə isə dünyaolub. Yəni, hər şəklə salınıb, "başına hər cür oyun” gətirilib. Sual versək ki,"dünyanı kim daha çox sevir; geniş əraziyə sahib olmaq məqsədi ilə uğrunda çarpışansiyasətçilərmi, yoxsa sözün ümidinə qalan şairlərmi?” yəqin ki, cavab üçünxeyli müzakirə aparmalı olacağıq. Dünyanı "qamarlamaq” iştahası fatehlərin,toxunmağa qıymamaq da şairlərin sevgisidir. Müqayisəni Əli Kərimin "İki sevgi”şeirindəki "proseslə” izah etmək yerinə düşür.

Gözəl qız, sən saf susan

İki qəlb arzususan.

Mənsə səni sevirəm

Susuzluğun od vurub, köz kimi yandırdığı

Dodaq su sevən kimi.

O isə səni sevir

"kabab üstdən sərin su pis olmaz” deyən kimi

Nüsrət Kəsəmənlinin də "Dünya köhnə dünyadır sevgiləritəzədir” duyğusundan birdən-birə keçək "dünya da köhnə dünyadır, siyasəti də”reallığına. Belə olanda Məmməd Arazın nəzərindəki kimi "Dünya gözəl dünyadır”deməyə dilim gəlmir. Amma şairin "Dünya sənin, dünya mənim, dünya heç kimin”misrasını hegemon dövlətlərə tam aid etmək olar. Bəli, dünyanı idarə etmək, digərdövlətləri özlərindən asılı vəziyyətə salmaq, hər şeyə sahib olmaq köhnə siyasətdir.Dünyanı incitməyən, oxşayan bircə şairlərdir.

Siyasət aləmi bir yana siyasi kitabları (istər bədii,istər elmi) oxuyub məəttəl qalırsan, dilindən bir şablon ifadə qopur: dünyada nələrolur...

Dünyaya nə qədər şeir yazılıbsa toplamaq, bir-biroxumaq istəyinə düşmüşəm. Siyasi aləmlə həmin şeirləri qarşı-qarşıya qoymaqmaraqlı olar. Şairlərin söz qoşduğu, fatehlərin parçaladığı dünya şüur inkişafetdikcə siyasət meydanına çevrilib, oraya bir-birini yıxmaq üçün "qoçular”çıxardıblar. Sonra zəifləri basıb "yeyiblər”. Bata bilmədiklərini digəryollarla məhv etməyə çalışıblar. Həmin proses hələ davam edir. Bu əsrlər ərzindəşairlər hələ də öz işlərindədirlər. Dünyanın "işlərini” dərd edib ona sözqoşurlar. Siyasətçilər isə bu gözəlliyi korlamaqla məşğuldurlar. Dünyaya xitabənyazılan şeirlər onlar üçün əhəmiyyətsizdir. Heç oxumurlar da. Nəylərinə gərəkdir,özləri üçün çapıb-talayırlar. Kimdir kövrək hisslərin təsirindən yaranan"Dünya” şeirini oxuyub insanlara can yandıran? Özləri necə pis əməl sahibləriolduqlarını bizdən də yaxşı bilirlər. Guya unudubıar ki, Birinci Dünya müharibəsindəinsanlar nə zülümlər çəkiblər? Ondan sonra neçə müharibələr başlayıblar. Bu qədərsiyasi proseslər baş verdiyi, iqtisadiyyatı, siyasi aləmi idarə edə bilənlərolduğu halda dünyaya şeir yazmaq əbəsdir.

Dünya mövzusunda ən gözəl şeir deyəndə yeddi oğulun(S.Vurğunun "Komsomol” poeması) hərəsinin bir bənd dediyi "Dünya” şeirinixatırlayırsınız. Haqlısınız. Elə şair də "Biz gəldi-gedərik sən yaşa, dünya”deməkdə haqlıdır”. Hələ Zeynal Xəlilin: "Kimlər gəldi, kimlər getdi budünyadan...” yazmaqda nə qədər haqlı olduğunu demirəm. Hamı gəlib getdi bircədünya yaşadı, yaşayır. Amma "sirrini verməyir sirdaşa dünya” fikri bu zamandaözünü doğrultmur. Dünyanın sirrini elmi inkişaf etdirməklə yeni texnologiyayaradan insanlar çoxdan öyrəniblər. İndi də dünyaya koronavirus kimi "layihə” iləmeydan oxuyurlar.Şeirlərin duyğusundan ayrılmaqistəməsək də belə bir eybəcər cümlələr oxuyuruq: "Müharibə sülhdür”, "Azadlıqköləlikdir”, "Cəhalət qüvvədir” "Prollar insan deyillər”. Necə səslənir?Doğrudur, əsərdəndir, amma həqiqətdə bundan betər faciələr baş vermirmi?

"2050-ci ildə hələ, bəlkə, ondan da əvvəl Köhnədillə bağlı bütün bilgilər yoxa çıxacaq. Keçmiş dövrlərin ədəbiyyatı tam məhvediləcək. Çoser, Şekspir, Milton bayron yalnız Yenidil variantında mövcudolacaq. Həm də onların tək dilləri dəyişməyəcək, müəyyən dərəcədə özləri də əslindəolduqlarının ziddinə çevriləcəklər. Hətta partiya ədəbiyyatı dəyişəcək. Həttaşüarlar da dəyişəcək. Əgər "Azadlıq məhfumunun özü ləğv ediləcəksə, o zaman"Azadlıq – köləlikdir” şüarına nə lüzum qalacaq? Fikir mühiti tamamiləbaşqalaşacaq. Bizim indi anladığımız mənada fikir olmayacaq. İnanclı adamfikirləşmir. Onun fikirləşməyə, ümumiyyətlə ehtiyacı yoxdur. İnanclı olmaq – şüursuzolmaq deməkdir.” (C.Oruel "1984” romanı)

Bu romanı oxuyandan, bu qədər siyasi prosesləri izləyəndənsonra Müzahim İsmayılzadənin:

Üfürsək qopacaq öz məhvərindən,

Bir saman çöpündən asılıb dünya.

misraları öz yerini alır.

Zəlimxan Yaqubla, Ramiz Rövşən isə bizə ehtiyatlı olmağı tövsiyə ediblər. Birideyib:

Mənim balam bu dünyayla oynama,

Sən cavansan dünya qoca dünyadı.

Düşmən nədir? Dost evini dost yıxar,

Bilən bilir dünya necə dünyadı...

Ömrə, günə etibar yox əzəldən,

Bir də dönüb yarpaq olmaz xəzəldən,

Beşiyindən bizə tabut düzəldən

Bələyindən kəfən tikən dünyadı.

O biri də: "Zarafat eyləmə, qurbanın olum”, –deyir. – "Bu dünya zarafat meydanı deyil”.

"Sən bu qumarbazla qumar oynama,

Zarafat gəlməsin sənə bu dünya” misrasındadünyadakıların namərdliyi nəzərdə tutulur.


Çox yerdə qəbrini qazan olacaq,

Başın qaynamaqdan qazan olacaq,

Sanma yaşamağın asan olacaq,

Zarafat gəlməsin sənə bu dünya.


Yoxsulluq yoxsulun bağrına oxdu,

Mədəsi toxların məzəsi toxdu.

Fil var, qarışqaca hörməti yoxdu,

Zarafat gəlməsin sənə bu dünya.


Çox yerdə məkrli oyun olacaq,

Şir, pələng çevrilib qoyun olacaq,

Hələ neçə dəfə toyun olacaq,

Zarafat gəlməsin sənə bu dünya.


Ömrünü qar yeyib, qış aparacaq,

Xırmandan dənini quş aparacaq,

Dünyadan əlini boş aparacaq,

Zarafat gəlməsin sənə bu dünya.


Qeybətin quyusu, hiylənin toru,

Sənə diri-diri göstərər goru.

Başın var, başsızdan başını qoru,

Zarafat gəlməsin sənə bu dünya.


Şeytan dura-dura şərlənər dəvə,

Qatır quyruğunda hərlənər dəvə.

Kinindən yıxılar, tirlənər dəvə,

Zarafat gəlməsin sənə bu dünya.


Muğamı ağlamaq, valı ağlamaq,

Valın da qırılmış halı ağlamaq.

Fışqırıq çalmağın dalı ağlamaq,

Zarafat gəlməsin sənə bu dünya.


Yasın yeddisi var, üçü, qırxı var,

Qəbir yerinin də haqqı, nırxı var,

Ölümdən sonra da min cür qorxu var,

Zarafat gəlməsin sənə bu dünya.


Ürəyə çəkilən dağdı, düyündü,

Hər gün xırdalanan ömürdü, gündü,

Gör bu dəyirmanda kimlər üyündü,

Zarafat gəlməsin sənə bu dünya.


Zəlimxan, günahın yeddi qat olar,

Həyatın qan dolu bir həyat olar.

Zarafat eyləsən, şahın mat olar,

Zarafat gəlməsin sənə bu dünya!


Dünyanın əsl üzü göründü. Həqiqətdən bizi agah edənşair yenə də ümidimizi üzmür: "Gözəl dünya, gözəllərin var oldun” söyləyir.

A.Şopenhauerin qənaəti: "Keçmiş zamanın indikiçağdan üstünlüyü ondan ibarət idi ki, onda, Bonapartın ifadəsincə desək, sözlə əməlinuyğunluğu vardı, indi isə belə bir uyğunluq yoxdur”.

Bu qədər siyasi quruluşların, siyasi ideyaların,siyasi təşkilatların mövcud olduğu dünyada bir də azadlıq məfhumu uydurublar.

Mənim də bu mövzuda şeirim var, təkcə sonuncumisrasını yazıram:

Dünyanın dünyama gərəyi yoxdur.

Sözlə musiqini birləşdirən bəstəkar oldu, siyasətləşeiri birləşdirməyə cəhd etməklə mən kim olacambilmirəm. Əslində bunu kimsə olmaq üçün etmirəm. Ağlıma bir-iki fikir gəldionu tutub "sənədləşdirdim”. Onsuz da indi çoxu ağlına gələni yazır.

Xəyalımdan "yeddi oğula” bacı olub Vaqif Osmanovun"Dünya” şeirini söyləmək keçdi:


DÜNYA


Nə yaman güclüymüş nəfsin, iştahan,

Bir anmış şipşirin çağların, dünya.

Ömrün hər addımı sınaq, imtahan,

Çoxmuş düyünlərin, bağların, dünya.


Çəkib qurtarmırıq intizarını,

Görmədik şəfqətli sığallarını.

Heç dada bilmədik şirin barını,

Nə tez uralandı tağların, dünya.


Sənin vəsf etməli haran qalıbdı?

Məlhəmi olmayan yaran qalıbdı.

Ağlı-qaralıydın, qaran qalıbdı,

Nədən yoxa çıxıb ağların, dünya?


İnsanın bəzəyi ürək, göz, əldi,

Ağılsız gözəllik solğun xəzəldi.

İlahi yaradan dağlar gözəldi,

Sinələr dağlayır dağların, dünya.


Ömür bir Günəşdir, əbədi yansan,

Sürünən məxluqsan, əyilsən, sınsan.

Ümidi öləndə məhv olur insan,

Günbəgün azalır sağların, dünya.


Bu son deyil, dünya haqqında hələ çox şeirləryazılacaq. Niyə də yazılmasın "axı dünya fırlanır”.


TƏQVİM / ARXİV