adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Mart 2020 09:31
19284
İDMAN
A- A+

Olimpiada-2020 təxirə salınır

Beynəlxalq Olimpiya Komitəsinin üzvü Dik Paund Beynəlxalq Olimpiya Komitəsinin 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiadasının digər tarixlərə keçiriləcəyini bildirib.

Adalet.az-ın məlumatına görə, daha əvvəl Avstraliya və Kanadanın milli olimpiya komitələri ölkələrinin 2020-ci ildə Tokiodakı Olimpiya oyunlarında iştirak etməmələri barədə qərar qəbul ediblər.

"BOK-da olan məlumata əsasən, təxirə salınma haqqında qərar qəbul edilib. Əlavə addımlar hələ müəyyənləşdirilməyib, amma oyunların iyulun 24-də başlamayacağını dəqiq bilirəm", - D.Paund "USA TODAY Sports" portalında deyib.

Xatırladaq ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək keçirilməli idi.