adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Mart 2020 22:48
5010
SAĞLAMLIQ
A- A+

Azərbaycanda yaşı 18-dək olan 3 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb

Azərbaycanda yaşı 18-dək olan 3 nəfərdə koronavirusa yoluxma halı aşkarlanıb.

Trend-in məlumatına görə, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Onun sözlərinə görə, xəstələrin hər üçünün vəziyyəti normaldır və səhhətlərində heç bir problem yoxdur.

V.Qasımov onların yaxın vaxtlarda evə buraxılacağını da söyləyib.

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş NazirƏli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.