adalet.az header logo
  • Bakı 13°C
23 Mart 2020 22:29
4898
SAĞLAMLIQ
A- A+

Koronavirusa görə Azərbaycana əlavə testlərin gətirilməsi nəzərdə tutulur

Azərbaycana koronavirusa görə əlavə testlərin gətirilməsi nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu koronavirusla əlaqədar keçirilən brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

Nazir müavini əlavə edib ki, Azərbaycanda kifayət qədər test var:

"Azərbaycana Türkiyədən və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə testlər gətirilib. Daha dəqiq PSR metodu ilə analizlərin aparılmasına üstünlük veririk".

Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş NazirƏli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.