adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
23 Mart 2020 22:12
62744
HÜQUQ
A- A+

Konstitusiya Məhkəməsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Koronavirusa (COVİD-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub.

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimləri və Aparatın məsul əməkdaşları Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, onunla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi təhlükəsizlik, preventiv və profilaktik tədbirləri dəstəkləyərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz əmək haqqları hesabından 100 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul ediblər.