adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Mart 2020 21:45
8134
GÜNDƏM
A- A+

Hikmət Hacıyev: "Bu günə qədər 10 minə Azərbaycan vətəndaşının..."

Bu günə qədər 10 minə Azərbaycan vətəndaşının xarici ölkələrdən təxliyəsi həyata keçirilib.

Trend-in məlumatına görə, bunu xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinqdə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, vətəndaşlar tərəfindən ifadə olunan anlayışlar çox yüksək qiymətləndirir:

"Evakuasiya tədbirlərin həyata keçirilməsində azyaşlı uşaqlara, uşaqlı qadınlara üstünlük verilir. Amma onların 14-21 gün ərzində karantində olması labüddür. Azərbaycanda həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu yaxınlara qədər ölkədə karantin idxal olunan xəstəlik idi. Hər bir vətəndaşımızın öz ölkəsinə gəlmək haqqı var və bunun üçün dövlət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Amma vətəndaşların xarici ölkələrdə karantində qalması üçün şərait varsa, orada qaydalara.əməl etməsi vacibdir".