adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 Mart 2020 18:39
10777
MƏMLƏKƏT
A- A+

Heydər Əliyev Beynəlxalq Aeroportunda reyslər ikinci terminaldan həyata keçiriləcək

Heydər Əliyev Beynəlxalq Aeroportundan yerinə yetirilən reyslərin sayının azalması ilə əlaqədar 24 mart saat 00:00-dan etibarən bütün reyslər ikinci terminaldan (Terminal 2) həyata keçiriləcək.

Bu barədə "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətiməlumat yayıb.

Qeyd edək ki, koronavirus infeksiyasının (COVİD-19) yayılması ilə mübarizə çərçivəsində "Azərbaycan Hava Yolları”nın bütün struktur bölmələri gücləndirilmiş rejimdə və dövlət strukturları ilə sıx əməkdaşlıqda işləyir.