adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Mart 2020 17:00
24942
KRİMİNAL
A- A+

Bakıda mağazadan mobil telefonlar oğurlayan şəxs saxlanıldı

Nəsimi rayonu ərazisindəki 2 mağazadan mobil telefonları oğurlamaqda şübhəli bilinən qrupun üzvü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 10-da rayon ərazisindəki 2 mağazadan ümumilikdə 6650 manat dəyərində 14 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən qrupun üzvü - Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov saxlanılıb.