adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Mart 2020 16:24
24957
KRİMİNAL
A- A+

Cəlilabadda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Cəlilabad rayonununda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində martın 22-də Göytəpə şəhəri ərazisində Bakı şəhər sakini M.Nəcəfovun idarə etdiyi "Hyundai” markalı avtomobil saxlanılıb.

M.Nəcəfovdan və sərnişini Sabirabad rayon sakini S.Məmmədovdan 7 kiloqram 610 qram heroin və 4 kiloqramdan artıq metamfetamin götürülüb.