adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Mart 2020 13:30
67542
MƏDƏNİYYƏT
A- A+

SANKON Xocalı Soyqırıma aid film çəkəcək

Türkiyənin Sənayeçi İş Adamları və İş Qadınları Konfederasiyasının (SANKON) dəstəyi ilə Xocalı Soyqırımına həsr olunmuş film çəkiləcək.

Bu haqda SANKON-ın direktor müavini, rejissor Murat Uygur məlumat verib.

Rejissor bildirib ki, 1992-ci ildə fevral ayının 26-da Xocalı şəhərində Ermənistan tərəfindən sivil Azərbaycan xalqına yaşadılan bu qırğını dünyaya unutdurmamamaq üçün SANKON şirkətinin dəstəyi ilə bu il, 2020-ci ildə film çəkmək haqqında qərar verilib. O, filmin çəkilişlərinə yaxın vaxtlarda başlanılacağını qeyd edib.

Murat Uygur eyni zamanda filmin çəkilməsinin təşəbbüskarı, Türkiyəli iş adamı, SANKON-un başqanı Ferudun Cevahiroğluna təşəkkür edib.

Qeyd edək ki, film Türkiyə və Azərbaycan dövlətinin səlahiyyətlilərinin iştirakı ilə ictimaiyyətə təqdim olunacaq.