adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
23 Mart 2020 12:00
21682
KRİMİNAL
A- A+

Bakı polisi 8 cinayətin üstünü açıb

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də 8 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Adalet.az-a verilən məlumata görə, onlardan 1-i əvvəlki dövrlərdən bağlı olan cinayət olub. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 1 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 3 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.