adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Mart 2020 11:47
16819
SİYASƏT
A- A+

ABŞ iqtisadiyyatını dəstəkləmək üçün trilyonlarla dollar vəsait xərcləyəcək

ABŞ-ın Federal Ehtiyyat Sistemi (FES) koronavirus pandemiyası dövründə ölkə iqtisadiyyatını dəstəkləmək məqsədi ilə dörd trilyon dollara yaxın vəsait xərcləyəcək.

"Fox Business” xəbər verir ki, bunu ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin bildirib.

Onun sözlərinə görə, hal-hazırda federal hökümət qanunvericilərlə ABŞ iqtisadiyyatını stimullaşdıracaq tədbirlər paketi barəsində məsləhətləşmələr aparır.

"Biz kiçik biznesdən tutmuş böyük biznesədək 90-120 gün ərzində hamıya ayaqda qalmağa kömək edəcəyik”, - deyə Mnuçin əlavə edib.