adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Köpək və Zəncirlənmiş adam

SAMİRƏ ƏŞRƏF
57235 | 2013-05-23 12:46

İstənilən sənət adamı, yaradıcı insanlasöhbətləşməzdən əvvəl onun həyatı, yaradıcılığı ilə dərindən tanış olmağı,hətta bəzi məqamlarda həmin bilgilərin çoxluğu ilə həmin insanları yaxşı mənadaməlumat çoxluğu ilə təccübbləndirdiyini hiss etmək gözəl bir duyğudu.

Bu günlərdə də çox istedadlı və sözün əsl mənasındaözünü sənətə həsr etmiş bir insanla görüşməliyəm. Bunun üçün də axtarışlaredirəm... Qarşıma lap təsadüfən çox köhnə filmlərimizdən biri olan heç vaxt baxmadığım,adını belə eşitmədiyim film çıxır. Halbuki, tamam başqa bir filmə baxmağıplanlaşdırırdım. Nə isə ya allah deyib filmi izləməyə başlayıram.

Filmin ilk kadrları Bakının geniş küçələrininbirində cərəyan edir. Kasıb geyimli, yoxsul kişilər onlara iş verəcək insaflı,insafsız sahibkarları gözləyirlər. Sonrakı kadrlarda divar dibində əyləşmişşlyapalı ağzında dişlər olmayan qoca bir bir kişi və onun ətrafında yığılmış birneçə nəfər diqqət çəkir. Tamaşaçı bir az bu yeksənəklikdən bezir. Musiqinin cansıxıcıritmlərini də bura əlavə etsək, ümumiyyətlə bu köhnə, xışıltıyla dolu olan filməheç kim baxmaq istəməz.

Daha sonra iri, sarı hərflərlə ekranda filmin adıgörsənir. KÖPƏK...

Bu sözlərin vahiməsi adamı nisbətən ekrana bağlayır. Artıq bir neçədəqiqədən sonra tamaşaçı filmə sona qədər baxmağa qərar verir.

"Köpək”filmi 1994-cü ildə ekranlaşdırılmış ən yaxşı filmlərimizdənbiridi. Lakin, bir çox filmlərimiz kimi taleyinə arxivlərdə çürüyüb, məhv olmaqaqibəti qismət olub. Hətta etibarlı mənbələrdən aldığım məlumata əsasən bufilmin lent yazısı bizim kino məkanımızda uzun illər it-bata düşüb. Sonradankinoya qiymət verən, savadlı insanlar həmin filmi Türkiyədən tapıb vətənimizə gətiriblər.Daha sonra film saytlarda yayımlanıb.

"Köpək” filmi Tofiq Tağızadənin rejissorluğu iləçəkilən bir filmdi. Ssenarisi Tofiq Tağızadəyə və Loğman Kərimova məxsusdu.

Filmdəki qəziyə bundan ibarətdir ki, filmin ilk kadrlarındakışlyapalı baba bir qrup insanı qul bazarından avtobuslara yığıb iş adına uzaq,tanınmaz, bilinməz yerlərə göndərir. Həmin yerə düşən insanlar çox sərt işrejimləri ilə, bir qarın çörəyə möhtackatorqa, əsir həyatı yaşayırlar. İşlərin ağırlığına, aclığa, psixolojibaskılara davam gətirə bilməyənlər qaçmaq istəyir. Lakin,möcüzəyə beləgüvənməklə də ordan qaçış, qurtulmaq yolu yoxdur. Əksinə qaçışın ardından ikiyol var: ölüm, ya da elə yenə ölüm. Qüdrətli sahibkar zorla qul etdikləri adamlarameşələri qırdırır, çaylarda qızıl axtardırlar və.s. Kasıbların və məzlumlarıngöz yaşlarına qazanılan böyük məbləğlər həmişəki kimi onların zövqlərinioxşayır. Qumara,

saxladıqları qadınlara və köpəklərə xərclənir.

Bəli, burda insan yaxşı qidalanmaq istəyirsə,çevrilib köpək olmalı, yoldaşlarını satmalı, yeri gələndə rəhbərliyinqarşısında köpək kimi hərəkətlər etməlidi.

Filmin baş rollarını oynayan aktyorlar: Yaşar Nuri,Fuad Poladov və Məmməd Səfa rejissor tərəfindən seçilmiş çox uğurlu birseçimdir. Aktyor Məmməd Səfa katorqaya gətirilən mərd, qorxmaz, əyilməz növbətiquldur. Qulun ağası isə onu it kimi hürdürməyə dostu ilə mərcləşmiş sahibkarFuad Poladovdu. Sahibkarın vəfalı köməkçisi isəöz yoldaşlarını məharətlə satmağa təyin olunmuş Yaşar Nuridi.

İnsana insan tərəfindən tətbiq olunan ən ağırişgəncələrə məruz qalsa da qəhrəman ipə sapa yatmır. Ona olnunan bütüntəziqlərə baxmayaraq o, hər addımda insan olduğunu unutmur, ağlını itirməməməyəciddi cəhd göstərir. Bir neçə dəfə qaçmaq istəsə də də baş tutmur. Lakin,sonunda möcüzə baş verir o, qaçır. Film isə bitmir, çünki, ardı var... Ardınınnecə olduğunu öyrənməyi isə artıq tamaşaçının zəhmətinə həvalə edirəm.

Filmdə aktyor Məmməd Səfanın ovurdları çıxmışüzünə, heyrətli gözlərinə baxanda, mənim yadıma bir qədər keçmiş zamanlar düşür...

... Bir vaxtlar efirdən aparıcı Sevda Ağazadəninşirin, ürəyə rahatlıq gətirən səsi qulaqlarımda cingildəyir. Mərhumaktyorlardan biri haqqında olan verlişin təqdimatıdı səhv etmirəmsə... Dahasonra ağ-qara film kadrlarından Ağadadaş Qurbanovun yaratdığı qrimli, saqqalı,boğazında it xaltası olan sima canlanır. "Köpək” filmi mənə məhz bu kadrlarıxatırladır.

Dərhal möcüzələri ilə bəşəriyyətin dizini yerə vuran internetməkanında qısa bir axtarış verirəm. Ağadadaş Qurbanovun filmoqrafiyası bir andapeyda olur. Bir neçə filmin adlarınabaxıram. Bəzi adlar mənə hələ heç nə demir. Birdən "Zəncirlənmiş adam” adlıfilmini tapıram.

Adamın zəncirlənməsi ilə, köpəyin zəncirlənməsiuzlaşmasa da, dərhal həmin filmin üzərində tıklayıram. Köpək filmindən sonra otuzyeddi dəqiqəlik "Zəncirlənmiş adam” filmini də izləyirəm..

Bəli, xırda-xuruş məsələləri saya almasam, keçmişdönəmlər adına heç vaxt xəyanət etməyən yaddaşım məni aldatmır.

"Zəncirlənmiş adam” filmi argentinalı yazıçı Osvaldo Draqunun "İtəçevrilən adam” hekayəsi əsasında çəkilmişdir. Rejissor isə Kamil Rüstəmbəyovdur."Köpək” filmi ilə məna və mahiyyət baxımı ilə bir-birlərinə çox oxşardı. Həriki filmdə varlı, sahibkar harınlığı, özbaşnalığı, əsəb pozuntusu ilərastlaşırıq. İnsanı itə çevirməkdən həzz alıb onu aclıqdan xilas etdiyinidüşünən psixi halları yerində olmayansahibkar. Film 1964-cü ildə çəkilib. Hadisələr və aktyorlar Argentinaab-havasında təqdim olunurlar.

"Köpək” filminin yaradıcıları isə ssenarini bizimdilə cevirməyi, daha geniş işləməyi bacarıb. Bir neçə texniki qüsurları çıxsaq,Tofiq Tağızadənin çətin dövrlərdə çəkmiş olduğu "Köpək”film olduqca qiymətli vəməhz iyirmi əsrin son illərində ölkəmizdə yaşayan insanların acınacaqlıhəyatını çox gözəl təsvir edir. Belə bir filmdən böyük bir çoxluğun bixəbərqalması çoxa ağrılı məqamdır. Ümumiyyətlə saysız filmlərimizin efirlərəburaxılmaması kimlərə sərf edir mən hələ bunu da anlaya bilmirəm.

Dəfələrlə yazsam da, bir daha vurğulamağı özüməborc bilirəm ki, indiyə qədər baxdığımız, az qala hər sözlərini əzbərlədiyimizfilmlərin yarısı qədər bəlkə də daha çoxu tamaşaçıya təqdim olunmamışdır.Məsələn, tamaşaçı ”Gənc qadının kişisi”, "Tələ”, "Ölüm hökmü” kimi filmlərdənyerli dibli xəbərsizdi. Həmin filmlər qeyri məlum səbəblərdən arxivlərdə ölümhökmü kəsilmiş talelərini yaşayırlar.

İstər indiki dövr, istərsə də əvvəlki zamanlardaçəkilən filmlərin arasında zəif filmlər ola bilər. Amma bu tamaşaçının həminfilmlərə baxmaq haqqına mane ola bilməz. Əgər film çəkilibsə, həmin filminyaradıcı heyəti tamaşaçı auditoruyası əldə etmək haqqına da malikdi. Bu haqqıheçə saymaq isə vicdanı heçə saymağa bərabərdi.

Samirə Əşrəf

TƏQVİM / ARXİV