adalet.az header logo
  • Bakı 7°C
23 Mart 2020 09:29
32013
İQTİSADİYYAT
A- A+

Azərbaycanda əsas kapitala yönəldilən vəsaitin həcmi artıb

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 965,2 milyon manat vəsait yönəldilib.

Trend-in məlumatına sərf edilmiş vəsaitin 58,7 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Ümumi sərmayənin 68,3 faizi məhsul istehsalı sahələrinə, 20,6 faizi xidmət sahələrinə, 11,1 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 58,3 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 65,3 faiz, büdcə vəsaitləri 17,1 faiz, əhalinin şəxsi vəsaitləri 7,0 faiz, bank kreditləri 5,1 faiz, sair vəsaitlər 3,1 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,4 faiz təşkil edib.