adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Mart 2020 23:53
16429
DÜNYA
A- A+

Lukaşenko: Xaricə gedənləri geri gətirməyəcəyik

Belarus xaricdə olan vətəndaşlarını geri gətirmək üçün xaricə təyyarə göndərməyəcək.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Biz çığıraraq deyirik ki, xaricə getməyin, evdə qalın. Buna rəğmən sərhədi keçirlər. Bizim xəbərdarlığımızdan sonra xaricə gedənlərə heç bir çarter reysi olmayacaq. Qoy oraya gediblərsə, orada da otursunlar”, – deyə o bildirib.