Məktəblərdə tətil 30 aprelə uzadıldı? – Rəsmi
Bütün bu məsələrlə bağlı qərarlar Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə verilir. Hazırda Nazirlər Kabinetinin qərarı belədir: aprelin 20-də ilk dərs günü olacaq.
Bu sözləri Axar.az-a açıqlamasında Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
C.Valehov bildirib ki, Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun hərəkət edir:
"Məsələ ilə bağlı hər hansı bir yenilik olsa, bu barədə ilk növbədə Nazirlər Kabineti məlumat yayacaq. Çünki səlahiyyət NK-dadır”.
Qeyd edək ki, Nazirlər Kabinetinin bəzi dövlət qurumlarına aprelin 29-na qədər məzuniyyət verməsi səbəbindən məktəblərdə də dərslərin 30 apreldən tez başlamayacağı haqda sosial şəbəkələrdə məlumat paylaşılıb.
Digər Xəbərlər
19 Aprel 2024 17:35