adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
22 Mart 2020 22:46
17798
İDMAN
A- A+

"Barselona" Qrizmannı satır

"Barselona" futbolçusu Antuan Qrizmannı satmağa qərar verib.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun fransalı oyunçunu 100 milyon avroya satmağa hazır olduğu bildirilib.

Qeyd olunub ki, "Barselona" növbəti mövsüm üçün heyətini gücləndirmək istəyir. Ancaq koronavirus pandemiyası səbəbindən klub transferlərə mümkün qədər az pul xərcləməyi planlaşdırır. Kataloniya təmsilçisinin29 yaşlı futbolçunusataraq transferlər üçün pul ayırmağı düşündüyü vurğulanıb.

Qeyd edək ki, Qrizmman bu mövsüm 26 matçda oynayıb.