adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
22 Mart 2020 22:40
12409
DÜNYA
A- A+

Nyu-Yorkda sutka ərzində 4,8 min nəfər koronavirusa yoluxub

ABŞ-ın Nyu-York ştatında sutka ərzində 4812 nəfər yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə mətbuat konfransı zamanı ştatın qubernatoru Endyu Kuomo bildirib.

Onun sözlərinə görə, ştatda koronavirusa yoluxanların sayı 15168 nəfərə çatıb.

Qubernator qeyd edib ki, yoluxma hallarından 9045-i Nyu-York şəhərində qeydə alınıb, ştatda koronavirusdan ölənlərin sayı 114 nəfər təşkil edir.