adalet.az header logo
  • Bakı 12°C
22 Mart 2020 18:16
6965
MƏMLƏKƏT
A- A+

Bu gündən ictimai iaşə obyektlərində qadağalar başladı - VİDEO

Saat 15:00-dan etibarən Bakı şəhərindəki bütün ictimai-iaşə obyektləri öz fəaliyyətini dayandırıb.

Baku.Tv əməkdaşlarının şəhərdə bu tip obyektlərin çox olduğu məkanlarda apardığı müşahidələr bunu deməyə əsas verir.

İctimai-iaşə müəssisələri saat 21.00-dək ancaq onlayn sifarişlər əsasında məhsullarını ünvanlara çatdıra və vətəndaşlara evə götürmək üçün qida sata bilərlər.

Məqsəd vətəndaşların təmas imkanlarını minimuma endirmək, eyni zamanda zəruri qidalanma imkankarını da saxlamaqdır.

Aptek, ərzaq mağazaları, market və supermarketlərin fəaliyyətində dəyişiklik nəzərdə tutulmayıb.