Türkiyədə küçəyə çıxma qadağasını pozan yaşlıların cəzası açıqlandı
Türkiyə hökuməti koronavirusun yayılmasının qarşısını almaq və itkiləri minimuma endirmək üçün müəyyən qadağalar tətbiq etməyə başlayıb.
"Haber Global” xəbər verir ki, onlardan biri də yaşı 65 və üzərində olan qocaların, həmçinin xroniki xəstəliyi olan insanların küçəyə çıxmasının qarşısının alınmasıdır.
Artıq həmin insanların evdən çıxmaları, park, bağça kimi açıq ərazilərdə dolaşması rəsmən qadağan edilib.
Artıq qaydaları pozanların nə qədər cərimələnəcəyi də bəlli olub. Ərzincan valisi Ali Arslantaş sosial media hesabı vasitəsilə açıqlama verərək bildirib ki, qadağanı pozan şəxslər 3150 türk lirəsi məbləğində cərimə ediləcəklər.
Digər Xəbərlər
20 Aprel 2024 19:20
Türkiyədə unudulmaz ailə tətilini planlamağın əsl vaxtıdır - FOTOLAR
20 Aprel 2024 18:00"Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür" - Hakan Fidan
20 Aprel 2024 17:59Ərdoğan HƏMAS lideri ilə görüşdü
20 Aprel 2024 17:33Almaniya XİN-dən Azərbaycan-Ermənistan razılaşmasına dair AÇIQLAMA
20 Aprel 2024 16:44