adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Mart 2020 13:38
32023
İQTİSADİYYAT
A- A+

Nissan İspaniyadakı zavodunu bağladı

Yaponiyanın "Nissan Motor" avtomobil konserni Barselonadakı zavodunda istehsalı dayandırıb və 3 min əməkdaşla müqavilələri ləğv edib.

Bu tədbirlər İspaniyada koronavirusun yayılması, sakinlərin hərəkət etmə məhdudiyyətləri, həmçinin komponentlərin təchizatında fasilələrlə bağlıdır.

Müəssisənin fəaliyyətinin mümkün bərpa vaxtı hələlik məlum deyil. Nissan zavodu ildə 200 min avtomobil istehsal etmək üçün nəzərdə tutulub, lakin ötən ilin yekunlarına görə, yüngül yük avtomobilləri və kommersiya nəqliyyatı da daxil olmaqla, onun konveyerindən 65 min maşın buraxılıb.

Daha əvvəl şirkət koronavirus səbəbi ilə ABŞ-da beş zavodunda və Böyük Britaniyada bir müəssisəsində istehsalını dayandırıb.