adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
22 Mart 2020 09:57
11568
İDMAN
A- A+

Dibala və sevgilisində koronavirus aşkarlandı

"Yuventus"un futbolçusu Paulo Dibala və sevgilisi Oriana koronavirusa yoluxub. 

Qol.az xəbər verir ki, bu barədə argentinalı hücumçu özünün "İnstaqram" səhifəsində yazıb. O, koronavirus testinin müsbət çıxdığını bildirib: "Hamını salamlayıram. Testimizin nəticələri məlum oldu və nəticə müsbət çıxdı. Hazırda yaxşıyıq və çox yaxşı şəraitdəyik. Dəstəyiniz üçün hamınıza təşəkkür edirəm". 

Qeyd edək ki, bundan əvvəl "Yuventus"da Daniele Ruqani və Blez Matyuididə koronavirus aşkarlanıb.