adalet.az header logo
  • Bakı 17°C
21 Mart 2020 22:40
9450
MƏMLƏKƏT
A- A+

"Gilan Holding" Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait ayırıb

"GilanHolding"korporativ sosial məsuliyyətstrategiyasına uyğun olaraq,Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci iltarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,000,000 manat yardım vəsaiti ayırıb.

"GilanHolding"dənAPA-ya verilən məlumata görə, əlavə olaraq,Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq, "GilanHolding" və tərkibində olan şirkətlər koronavirusla mübarizə və yayılmasının qarşısını almaq məqsədiləfevral ayındanmüxtəlif istiqamətlərdə tədbirlər həyata keçirirlər. Mümkün olan yerlərdə"evdən iş” rejiminə keçirilib, iclaslar video konfrans vasitəsilə onlayn həyata keçirilir.

İşçilərin və müştərilərin sağlamlığını prioritet tutaraq, evdən işləməsi mümkün olmayan yerlərdə SƏTƏM şöbəsi tərəfindən işçi heyətiofislərdə, istehsalsahələrindəməlumatlandırma və maarifləndirmə işləri həyata keçirilir, təlimatlar hazırlanaraq,beynəlxalq standartlara uyğun olaraq dezinfeksiya işləri aparılmışdır.

"GilanHolding"daxilində Operativ qərargah yaradılaraq, dövlət qurumları ilə birgəölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif tədbirləri davam etdirəcək.

Daha öncə qeyd edildiyi kimi, artıq "Gilan Holding” şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox otellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilmişdir. Hazırda bu məqsəd üçün ayrılmış otellər karantin məkanları kimi istifadəyə verilmişdir. Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərən karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir.