adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Mart 2020 21:42
7735
MƏMLƏKƏT
A- A+

Dezinfeksiya məqsədilə paytaxt küçələri yuyulacaq

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə gündəlik olaraq səhər saat 06:00-dan 08:00-dək, axşam saatlarında isə saat 21:00-dan 23:00-dək xüsusi kommunal texnikalar vasitəsi ilə şəhərin küçələri yuyulacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, bundan əlavə gün ərzində yaşayış binalarının həyətlərində, giriş bloklarında, lift kabinlərində, pilləkən marşlarında, konteyner meydançalarında və sakinlərin daha çox istifadə etdiyi yerlərdə dezinfeksiyaedici tədbirlər aparılacaq.