adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
21 Mart 2020 21:22
16926
DÜNYA
A- A+

Türkiyədə yaşı 65-dən yuxarı və xroniki xəstəliyi olanlara küçəyə çıxma qadağası qoyulub

Türkiyədə yaşı 65-dən yuxarı olanlara küçəyə çıxmaq qadağası qoyulub.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, bu gecə yerli vaxtla saat 00:00-dan sonra yeni tip koronavirusa(COVID-19) yoluxma riski yüksək olan yaşı 65-i keçənlərin və xroniki xəstəlikdən əziyyət çəkənlərin yaşadıqları evdən kənara çıxmaları, park, bağca kimi açıq sahələrdə dolaşmaları məhdudlaşdırılıb.