adalet.az header logo
  • Bakı 7°C
21 Mart 2020 21:18
31228
İQTİSADİYYAT
A- A+

Koronavirus pandemiyanın Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin azaldılması üçün yaradılan 4 işçi qrupunun tərkibi təsdiqlənib

Baş Nazir Əli Əsədov "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı yaradılmış İşçi qrupların tərkibinin təsdiq edilməsi barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən,koronavirus pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:

İşçi Qrupun üzvləri

Maliyyə nazirinin müavini

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Kənd Təsərrüfatı nazirinin müavini

Mədəniyyət nazirinin müavini

Energetika nazirinin müavini

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini

Qida Təhlükəsizliyi Agentliyinin sədri

Dövlət Turizm Agentliyinin sədri

Dövlət Gömrük Komitəsi sədrinin müavini

Dövlət Statistika Komitəsi sədrinin müavini

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri

Mərkəzi Bankının sədrinin müavini

Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri

"Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti

"Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti.

Azərbaycan Respublikasında fəaliyyət göstərən koronavirus pandemiyasından zərər çəkməsi ehtimal olunan sahibkarlıq subyektlərinə dövlət dəstəyi üçün müvafiq təkliflər hazırlanması məqsədilə Maliyyə nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:

İşçi Qrupun rəhbərinin müavini

Maliyyə nazirinin müavini

İşçi Qrupun üzvləri

İqtisadiyyat nazirinin müavini

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Təhsil nazirinin müavini

Gənclər və İdman nazirinin müavini

Mədəniyyət nazirinin müavini

Dövlət Turizm Agentliyinin sədri

Dövlət Gömrük Komitəsi sədrinin müavini

Mərkəzi Bankının sədrinin müavini

Dövlət Neft Şirkətinin vitse-prezidenti

Dövlət Neft Fondunun İcraçı direktorunun müavini

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini

BP Eksploreyşn (Kaspian Si) Ltd şirkətinin nümayəndəsi.

Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına ehtimal olunan mənfi təsirindən ölkədə yarana biləcək məşğulluq problemlərinin və sosial problemlərin həlli məqsədilə müvafiq təkliflərin hazırlanması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:

İşçi Qrupun üzvləri

Dövlət Miqrasiya Xidmətinin rəisi

İqtisadiyyat nazirinin müavini

Maliyyə nazirinin müavini

Daxili İşlər nazirinin müavini

Kənd Təsərrüfatı nazirinin müavini

Dövlət Statistika Komitəsi sədrinin müavini

Mərkəzi Bankının sədrinin müavini

Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri.

Koronavirus pandemiyası şəraitində Azərbaycan Respublikasında makroiqtisadi sabitliyin qorunub saxlanması məqsədilə əlavə tədbirlər görülməsinə dair təkliflərin hazırlanması ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankının sədrinin rəhbərliyi ilə yaradılmış İşçi Qrupun aşağıdakı tərkibi təsdiq edilib:

İşçi Qrupun üzvləri

İqtisadiyyat nazirinin müavini

Maliyyə nazirinin müavini

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini

Dövlət Statistika Komitəsi sədrinin müavini

Dövlət Neft Fondunun icraçı direktorunun müavini

Azərbaycan Banklar Assosiasiyasınnı sədri.

Tərkibləri təsdiq edilən işçi qrupların işinə digər dövlət orqanlarının (qurumlarının) və özəl qurumların nümayəndələri cəlb edilə bilər.

Qeyd edək ki, 4 işçi qrupunun yaradılması Prezident İlham Əliyevin "Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli sərəncamında nəzərdə tutulub. Baş Nazir sərəncamı Azərbaycan Respublikası Prezidentinin sərəncamını icra etmək məqsədi ilə imzalayıb.