adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Mart 2020 19:18
14423
DÜNYA
A- A+

Gürcüstanda fövqəladə vəziyyət rejimi tətbiq edilib

Gürcüstanda yeni növ koronavirusla (COVİD-19) əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Trend-in "Gürcüstan Onlayn"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Giorgi Qaxariya bildirib.

Onun sözlərinə görə, bütün fiziki və hüquqi şəxslər fövqəladə vəziyyət rejiminə riayət etməlidirlər:

Baş nazir qeyd edib ki, fövqəladə vəziyyət rejiminə riayət etməyən fiziki şəxslər 3000 lari, hüquqi şəxslər isə 15000 lari cərimələnəcək.