adalet.az header logo
  • Bakı 13°C
21 Mart 2020 13:06
9700
GÜNDƏM
A- A+

Vilayət Eyvazov yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyində növbəti təyinat olub.

Bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nəzər Əsgərov Salyan Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

O, bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Salyan RPŞ-nin keçmiş rəisi, polis polkovniki Cəbrayıl Vəliyev DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi təyin edilib.