adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Mart 2020 10:40
6037
SAĞLAMLIQ
A- A+

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 234 mini ötüb

Dünyada yüni növ koronavirusa (COVİD-19) ötən sutka ərzində 24 247 nəfər yoluxub, yoluxanların ümumi sayı 234 073 nəfərə çatıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 1061 ölüm qeydə alınıb, ölənlərin ümumi sayı 9840 nəfərə çatıb.

Bildirilir ki, 104 591 yoluxma halı və 4899 ölüm halı Avropada qeydə alınıb. Çində hazırda koronavirus xəstələrinin sayı 81 300 nəfər, koronavirusdan ölənlərin sayı isə 3253 nəfər təşkil edir.