Azərbaycanda bir sıra dövlət işçiləri növbədənkənar məzuniyyətə göndərilir
Azərbaycanda koronavirus infeksiyasının yaılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.aza verilən məlumata görə, belə tədbirlərin ən mühüm hissəsi vətəndaşların ünsiyyətini minimuma qədər azaltmaqdır. İndiyə qədər mərhələli şəkildə görülmüş tədbirlər ünsiyyətin xeyli azalmasına səbəb olub.
Bununla belə, işləyən vətəndaşların "özünütəcrid"i qeyri-mümkün olur və infeksiyanın yayılması təhlükəsini artırır.
Bu səbəbdən, infeksiyanın yayılmasının qarşısının qısa müddətdə və tam şəkildə alınması məqsədilə vətəndaşların "özünütəcrid" üçün daha əlverişli şərtlərlə təmin edilməsinə ehtityac var.
Vətəndaşların özünü daha ciddi qorumasına şərait yaratmaq məqsədilə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda qərar qəbul olunub.
Qərar müvəqqəti xarakterlidir, dövlətin vətəndaşların təhlükəsizliyini daha səmərəli təmin etməsi məqsədilə qəbul olunub və növbədənkənar məzuniyyətə göndərilən vətəndaşların əməkhaqları tam şəkildə ödəniləcək.
Bu qərar minlərlə vətəndaşın özünü infeksiya təhlükəsindən daha yaxşı qorumasına səbəb olacaq.
Digər Xəbərlər
25 Aprel 2024 15:06
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
25 Aprel 2024 14:51Prezidentlərə Füzulinin Baş planı təqdim edildi - FOTOLAR + YENİLƏNİB
25 Aprel 2024 14:35Xocalıda insan qalıqları aşkar edildi - FOTOLAR
25 Aprel 2024 14:34İlham Əliyev və Sadır Japarov Şahbulaq qalasında
25 Aprel 2024 13:18