adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Mart 2020 15:06
36011
KRİMİNAL
A- A+

Azərbaycanda dəhşət: Ruhi xəstə atasını amansızlıqla qətlə yetirdi - YENİLƏNİB

Bərdə rayonunda atasını öldürən şəxsin kimliyi məlum olub.

Report-un məlumatına görə, qətli törədən şəxs rayon sakini, 1969-cu il təvəllüdlü Mustafayev Namiq Əkbər oğludur.

Belə ki, o, yaşadığı evdə atası, 1936-cı il təvəllüdlü Mustafayev Əkbər Kərim oğlunu mətbəx bıçağı ilə ürəyindən vuraraq öldürüb.

Namiq Mustafayevin ruhi xəstə olduğu bildirilir.

13:14

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Qafqazinfo-nun məlumatına görə, hadisə rayonun Mirzəxan kəndində qeydə alınıb.

Kənd sakini hələlik şəxsiyyəti məlum olmayan oğul atasını bir bıçaq zərbəsi ilə qətlə yetirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.