adalet.az header logo
  • Bakı 19°C
20 Mart 2020 01:25
15593
DÜNYA
A- A+

İsraildə koronavirusla əlaqədar yeni məhdudiyyətlər tətbiq edilir

İsraildə yeni koronavirusun yayılmasının qarşısının alınması üçün ölkə vətəndaşlarının hərəkətinə məhdudiyyətlər qoyulub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Baş naziri səlahiyyətlərini icra edən Benyamin Netanyahu fərman imzalayıb.

Fərmna əsasən dövlətinin vətəndaşları "yalnız son dərəcə zəruri hallarda" evlərindən çıxmalıdırlar. Çimərliklərə, hovuzlara, parklara, uşaq meydançalarına, kitabxanalara, muzeylərə və dərnəklərə səfərlər qadağan edilib, həmçinin ölkə vətəndaşlarına evdə qonaqları qəbul etməməyi və qonaq getməməyi, liftdə bir-bir gəzməyi və qrup halında 10-dan artıq toplaşmamaq tapşırılıb.

Səhiyyə Nazirliyinin son məlumatında İsraildə koronavirusa 573 yoluxma halı aşkar edilib. 6 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir, 12 nəfər sağalıb, ölüm halı qeydə alınmayıb. Yəhudi dövlətinin ərazisində ilk yoluxma hadisəsi fevralın 27-də İtaliyadan qayıtmış sakində aşkarlanıb.