adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
20 Mart 2020 00:40
14424
DÜNYA
A- A+

"Apple" İtaliyaya koronavirusla mübarizə aparmaq üçün yardım edəcək

Amerikanın "Apple" korporasiyası İtaliyaya yeni növ koronavirusla mübarizə aparmaq üçün kömək edəcək.

Bu barədə şirkətin başçısı Tim Kuk "Twitter" səhifəsində xəbər verib.

"Dostlarımıza dəstək heç vaxt indiki kimi əhəmiyyətli olmayıb. Biz İtaliyanın Mülki Müdafiə Departamentinə tibbi avadanlıq və ləvazimatlarla yardım göstərəcəyik", - T.Kuk yazıb.

13 martda "Apple" dünya üzrə koronavirus pandemiyası ilə mübarizə aparmaq üçün ümumilikdə 15 milyon dollar ayırdığını bildirib.

Son məlumatlara görə, İtaliyada koronavirusa yoluxma hallarının sayı 41 min nəfəri ötüb, 3,5 min nəfərə yaxın insan dünyasını dəyişib.