adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
20 Mart 2020 00:00
14999
DÜNYA
A- A+

Türkiyədə karantinə alınanların sayı 10 minə çatır - RƏSMİ

Türkiyənin Daxili işlər naziri Süleyman Soylu yerli jurnalistlərin koronavirus karantini ilə bağlı suallarını cavablayıb.

"Haber Global”ın məlumatına görə, Soylu hazırda 9800 nəfərin karantində olduğunu təsdiqləyib.

O bildirib ki, karantinə alınanların əksəriyyəti xarici ölkələrdən Türkiyəyə gələnlərdir. Həmin şəxslər 14 günlük karantinə alınır. 14 gün ərzində onlarda heç bir xəstəlik aşkar edilməsə, evlərinə buraxılırlar.