adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
19 Mart 2020 23:04
12493
MƏMLƏKƏT
A- A+

Bayram günlərində Abşeron dairəvi dəmir yolu istifadəyə veriləcək

Martın 20-dən Abşeron dairəvi dəmir yolu bütün stansiya və dayanacaqlar daxil olmaqla, sərnişinlərin ixtiyarına verilir.

"Azərbaycan Dəmir Yolları” QSC-dən Adalet.az-a verilən məlumata görə, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli müəyyənləşib.

Sərnişinlərin nəzərinə çatdırırıq ki, qatarların bu hərəkət qrafiki məhz bayram günləri üçün nəzərdə tutulub. Cədvəl martın 20-dən 28-dək (28 mart tarixi daxil olmaqla) qüvvədə olacaq. Qatarların həmin tarixdən sonrakı hərəkət cədvəli barədə əlavə məlumat veriləcək.

Qatarların hərəkət qrafiki və tariflərlə daha ətraflı aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz.