adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
19 Mart 2020 15:20
16869
DÜNYA
A- A+

Beynəlxalq Əmək Təşkilatı: 25 milyon nəfər işsiz qala bilər

Beynəlxalq Əmək Təşkilatı koronavirus pandemiyası ilə əlaqədar genişmiqyaslı işsizlik proqnozlaşdırıb.

Mütəxəssislər hesab edir ki, dövlətlər işçilərin müdafiəsi üçün təcili tədbirlər görməsə, 25 milyon şəxs iş yerlərindən məhrum ola bilər.

Müqayisə üçün qeyd edək ki, 2008-ci ildə qlobal maliyyə böhranı nəticəsində 22 milyon nəfər işsiz qalmışdı.

Xatırladaq ki, bu günədək dünyanın 176 ölkəsində 220 313 nəfər koronavirusa yoluxub, 8 983 nəfər vəfat edib.