adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Mart 2020 14:58
10489
GÜNDƏM
A- A+

Əzizə İsmayılova: Gedib-gələnlər üçün...

Əziz insanlar, hamıya tək-tək yazmağa vaxt yoxdur, üzürlü bilin.

Deməli, məsələ belədir:

Bakıdan rayonlara getməkdə heç bir problem yoxdur. İstədiyiniz vaxt gedə bilərsiniz. Amma bir MƏSƏLƏ var ki, özünüz Bakı qeydiyyatında deyilsinizsə, martın 29-a kimi geri qayıda bilməyəcəksiniz.

Sual: Evim Bakıdadır, burda yaşayıram neçə illərdir. Qeydiyyatım filan rayonadır. ndi geri gələ bilmərəm?
Cavab: Rəsmi məlumata əsasən, şəxsən özünüz Bakı qeydiyyatında deyilsinizsə, postlarda buraxmayacaqlar.

Sual: Bəs maşınım Bakı qeydiyyatıdır (10, 90, 99) sa, yenə gələ bilmərəm? Bəs demişdilər axı...
Cavab: Bəli, özünüz şəxsən Bakı qeydiyyatı deyilsinizsə, gələ bilməzsiniz. Nömrənizin nə olması önəmli deyil

Sual: Guya postlarda bu qədər adamı bir-bir yoxlayandılar? Bəlkə şəxsiyyət vəsiqəm evdə qalıb. Hardan biləcəklər?
Cavab: ta orasını bir allah, bir də DYP bilər. Məlumatda deyilir ki, yoxlayıb buraxmayacaqlar. Gedin, deyin, nəticəni bizə də deyərsiniz. İşləsə, biz də gedək.

Sual: Bu nə diskriminasiyadır. Necə yəni Bakı qeydiyyatı olan gedə-gəzə, gələ bilər, rayon qeydiyyatı Bakıda yaşayırsa gedib gələ bilməz?
Cavab: başuuuza dönərəm. Kak nikak Bakı paytaxtdır da. Nə vaxtsa adamlar paytaxt sakini olmağın özəlliyini hiss etməlidir ya yox?