Rusiya dağılacaq... - Emin Piri yazır

Emin Piri
80795 | 2020-03-30 08:22

Koronavirus,bunun əsasında paralel gedən neft hasilatının artırılması, bu qiymətlərinkəskin düşməsi Rusiyanı dağıtmaqçündür. Politoloqlar, jurnalistlər, hətta boş-bekarinsanların dilindən düşməyən söhbətlərdi bunlar.

`Rusiya dağılacaq` - uşaq bağçasında gənctərbiyəçilərimizin əsas fikirlərindən biri idi. Şorba qarışıq bu sözü də bizəyedirirdilər. O zaman hələ bir neçə ilidi SSRİ dağılmışdı. Hər kəs yeni dünyanın qurulacağından bəhs edirdi.

`Rusiya bölünəcək` -məktəblərdə tarix müəllimlərimizin dərs arası gələcəkdə siyasətçi, diplomatolmaq istəyənlərlərlə söhbətinin əsas qayəsini təşkil edirdi.

`Rusiyanın yerində bir neçə dövlət yaranacaq` - tələbəliyimiz qərbdən gələn"narıncılar”ın sözlərilə keçdi. Şərqi yeni bürüyən narıncı hərəkatın anti-rustəbliğatına uymamışdıq desək, yalan olardı.

`Rusiyanı Ermənistandan çıxaracaqlar` - əsgərlik söhbətlərimizdən idi. Bir azboşluğa düşən kimi hərbi söhbətlərimizin əsasını təşkil edirdi. Sanki Rusiyatam olaraq işğal olunmuş torpaqlardan çıxacaq, bizdən üzr istəyəcək, biz isəsilahlarımızı gül əvəzi tutub, siranuşların yanına gedəcəkdik.

`Nataşalar bizimçün yalvaracaq` - İşsüz-gücsüz qaqaşlar tində durub təsbehçəkə-çəkə ağız suyu axıdaraq danışmadımı?!

`Ukrayna böhranı Rusiyanın sonunu gətirdi` - bir neçə media orqanını çıxmaqlamütəxəssislər, media-holdinqlər hər gün manşetlərini ard-arda verir. Böyük birkütlə bunun təsirinə düşür.

Amma...

...Rusiya dağılmadı - öncə keçmiş SSRİ-nintoxumlarını saxlamaq üçün MDB quruldu.

Rusiya bölünmədi - Putinin gəlişi ilə çeçen mücahidləri daxil olmaqla hər birazadlıq istəyən qurum, silahlı dəstə və s. pərən-pərən salındı.

Rusiyanın yerində "Qərb” heç bir dövlət qura bilmədi - qərbyönümlühakimiyyətlər devrildi, Putin qərbyönümlü iqtidarların olduğu ölkələrdə hakimiyyətidevirə bilməsə də, separatizm yaratdı. Ömür boyunca bu "dövlətlər” ana vətənləri üçün"Damokl” qılıncı olaraq qalacaqlar. Gürcüstan (Abxaziya, Osetiya) və Ukraynavariantı bariz sübutdur.

Rusiya Ermənistandan çıxarılmadı - Əksinə, silah-sursat göndərilməsi və xüsusənəsas şirkətlərin Rusiyanın tabeçiliyinə keçməsi pik nöqtəyə çatdı.

Ukrayna böhranının Rusiyanın sonunumu gətirəcəyini düşünürdünüz.Olmadı.

Hə, neft qiymətlərinin kəskindüşməsi, iqtisadiyyatı korona bəlası ilə çökdürməklə nail olacaqlar. Dəqiq? Qardaşım,Rusiya bu gün-sabah Antarktidanın ilhaq edilməsi üçün pinqvinlərə belə pasportuverib, referundum keçirsə, heç təəcüblənməyin.

Hə, bunu deyirdim axı,Rusiya dağılacaq...


TƏQVİM / ARXİV