adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Mart 2020 12:16
15697
DÜNYA
A- A+

Putin: Mən çar deyiləm

Özümü çar hesab etmirəm.

Adalet.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya Prezidenti Vladimir Putin deyib.

"Mən hər gün işləyirəm, çarlıq etmirəm. Çar yerində oturaraq yuxarıdan baxan və əmr edən şəxsdir. Mən isə hər gün işləyirəm”, - deyə o bildirib.

Qeyd edək ki, Putin indiyə qədər 4 dəfə prezident seçilib. O, ilk dəfə 2000-ci ildə, ikinci dəfə isə 2004-cü ildə prezident seçilib. 2008-2012-ci illərdə baş nazir olan Putin 2012-ci ildə yenidən prezident olub. 2018-ci ildə yenidən namizədliyini irəli sürən rus lider bu dəfə də seçkidə uğur qazanıb.