adalet.az header logo
  • Bakı 20°C
20 Mart 2020 12:11
27195
ŞOU-BİZNES
A- A+

Maskalı məhşurlardan pozitiv paylaşım

Bir çox ölkələri qorxuya salan koronavirus həyəcanı məşhurlardan da yan keçmir.

Belə ki, bəzi məşhurlar artıq dəvət edildikləri bütün məclislərə maska geyinib virusdan qorunmaq üçün ehtiyyat tədbirləri edirlər. Həm də sosial media hesablarında maarifləndirici postları ilə diqqət çəkirlər.
Məşhur cütlüklərdən olan Tural (müğənni Xatirə İslamın qardaşı) həyat yoldaşı Zümrüd ilə birgə paylaşım edib..

Adalet xəbər verir ki, cütlük koronavirusdan qorunmaq üçün maska ilə foto paylaşıblar.
Onların səmimi fotosu diqqət çəkib. Bu foto həm də əhalini özünü və ətrafındakıları qorumaq ehtiyacının olduğuna inandırır.

Sosial şəbəkələrdə maraqlı bir foto diqqətimizi cəkdi. Tanınmış tele-aparıcı Hacı Nuranla bağlı sosial şəbəkələrdə maraqlı paylaşım edilib.



Son günlərin gündəmə çevrilən virusdan qoruyan maska Hacı Nuran üçün də hazırlanıb. Sosial şəbəkələrdə qısa zamanda tez-tez paylaşılan maskanın fotosu izləyicilərin gülüşünə səbəb olub. Bu həm də izləyicilərdə pozitiv əhval-ruhiyyə yaradıb.


Əntiqə Rəşid