adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
19 Mart 2020 12:06
48138
DÜNYA
A- A+

Qanla bəslənən qəbilə

Efiopiyanın cənubunda yaşayan Surma qəbiləsi öz adətlərinə görə xüsusi fərqlənir.

Surmalar Sudanın sərhədinə yaxın Omo vadisinin ətrafında yaşayır. Qonşu qəbilələr surmaların qaniçmə adətlərinə və döyüşə meylli olmasına görə onlarla yaxınlıq etmir. Hətta onlardan bacardıqları qədər uzaq dururlar.

Donqa adəti digər qəbilələrdə rast gəlinməyən adətdir. Donqa adı döyüşdə istifadə olunan dəyənəkdən götürülüb. Surma kişiləri meydanda dəyənəklərlə döyüşərək güclərini nümayiş etdirir.
Bu döyüşlər həyat yoldaşı tapmaq və aradakı narazılığı həll etmək üçün keçirilir.


Yüzlərlə döyüşçünün qatıldığı döyüşlərdə inanılmaz dərəcədə qanlar axıdılır. Döyüşçülər döyüşdən bir gün öncə ağac qabığından hazırlanmış qabda xüsusi içkini içir və səhər baş tutacaq döyüşə hazırlanır.

Döyüş öncəsi həmin qablar inək sidiyi ilə yuyularaq təmizlənir. Daha sonra həmin qablara inək qanı doldurularaq içilir.

Onlar inəkləri öldürmür, qabı qanla doldurduqdan sonra inəyin deşilmiş yerini palçıqla bağlayaraq qanı saxlayırlar. Döyüşçülər axıdılmış qanı isti-isti, dərhal içirlər.


Döyüş meydanına girərkən qadınlar tərəfindən diqqət çəkmək üçün bədənlərini müxtəlif rənglərdə boyayırlar.Meydanda qan axıdan Surma gəncləri bununla güclərini ortaya qoyur və əzaba dözümlü olduqlarını nümayiş etdirirlər.

Evlilik çağına çatan surma qızları isə kiçik yaşdan deşərək genişləndirdiklər alt dodaqlarına tabaq yerləşdirirlər. Qızların bu adəti bəzi qəbilələrdə də müşahidə olunsa da daha çox surmalara aiddir.

Tərcümə: Emin Piri