Faiq QİSMƏTOĞLU: GÖY ÜZÜNƏ ATILAN FİŞƏNG

FAİQ QİSMƏTOĞLU
825726 | 2020-03-30 08:26

... HərNovruz gələndə insanların qəlbində, ürəyində bir ümid, bir istək, bir sevgi başqaldırır. Təkcə təbiət oyanmır... təkcə güllər-çiçəklər boylanmır... təkcəağaclar çiçək açmır... həm də Novruzda insanların dərdi də, kədəri də çiçəkaçır, göyərir...

... Buyazını heç də təsadüfən qələmə almadım. Çünki martın 17-si tarixində qəzetimizdəböyük ziyalı, böyük müəllim, böyük insan Hafiz Tahirovun "Yurdumuza bahar gəlir”publisistik yazısı bu mövzuya qayıtmağıma məndə həvəs yaratdı. Hafiz TahirovFüzulinin çox böyük tanınmış ziyalılarından, müəllimlərindən biridir. Onunlabir saat, yarım saat söhbət eləsən görərsən ki, hansı bir işıqlı aləmə düşmüsən.Mənim onunla ən çox telefon söhbətlərim olur. Bir dəfə bir il bundan qabaqFüzulidə olanda onunla görüşmüşəm və hər ikimiz ürəyimizi boşaltmışıq. Üçsaatlıq vaxtın necə gəlib keçdiyini hiss eləməmişik. Hiss elədiyimiz o olub ki,ayrılmaq vaxtı gəlib və biz xudahafizləşib hərəmiz öz işimizin dalıncagetmişik.

MənHafiz Tahirovu 20 ildir ki, tanıyıram. Dostluğumuz və salaməlüykümümüz var. Həttaonun kabinetində çay da içmişik. Onunla bizim dostluğumuzun möhkəmlənməsində vədavam etməsində dostum və qardaşım, istedadlı şair-publisist Əbülfət Mədətoğlununçox böyük zəhməti var. Demək istəyirəm ki, onun Novruz adətləri ilə bağlı qələməaldığı publisist yazı məni ötən əsrin 60-cı illərinə apardı. Nənəmin, anamınbişirdiyi bişi, təndir çörəyi, aş yadıma düşdü. Təndir çörəyinin ətri burnuma gəldi.Və buna görə böyük müəllim, böyük ziyalı, böyük insan Hafiz müəllimə təşəkküredirəm. Çünki o ziyalı məni nənəli-analı dünyama qaytardı...

...Düşündüm ki, Noruzla bağlı əksər adət-ənənələr çox təəssüf ki, unudulub. Bəziləriniyada salmaqla bizi keçmişimizə, tariximizə və dünənimizə qaytarıb bu insan. Onagörə mən də fikirləşdim ki, Novruzla bağlı bizim kənddə olan bəzi adətləri bubayram günlərində yada salım, xatırlayım. Qoy bir əhvalatı da danışım, sonrakeçək əsas mətləbə. Hafiz müəllim deyir ki, 60-cı illərdə bizi Bəhmənliyəpambıq yığmağa aparmışdılar. Bir arvadın iki mərtəbəli evində qalırdıq. Ammaçox vaxt yeməkdən korluq çəkirdik. Bir dəfə lap möhkəm acmışdıq. Yeməyə də birşey yox idi. Bəhmənlidə bir evin yanından keçəndə gördük ki, bir qadın təndirdəçörək bişirir. Burnumuza bir ətir gəldiki, aclığımız bir az da çoxaldı. Həmin qadın gördü ki, biz durub kənardan təndirtərəfə baxırıq, o dəqiqə aclığımızı hiss elədi. Üç-dörd nəfər idik. Bizi yanınaçağırdı və hərəmizə çox iri, təndirdə bişmiş bir çörək verdi. Ac adam ola, təndirçörəyi ola, görün nə deməkdi də. Onu gözümüzə elə təpdik ki, aclığımızıöldürdü. Həmin çörəyin ətri uzun illər keçsə də, burnumdan getməyib...

Bəhmənlidəbayram gəlməmişdən düz 40 gün qabaq biz uşaqlar Çalağayıda, Motorda, Şirəlikdəyumurta döyüşərdik. Bic uşaqlar hind quşunun yumurtasıyla bizim yumurtanınhamısını vurub sındırar və udardı. Bir gün də Tubunun oğlu Dilavər dedi ki,görün, bu aşağıbaşın uşaqlarının başına nə oyun açacağam?! Yağlıvənddən ikihind yumurtası tapmışam. Bir gün bunu apararam, sabah da o birisini. Aşağıbaşınuşaqları Tubunun oğlu Dilavəri və bizi görəndə düşündülər ki, həriflər gəlib.Ona görə də əlliyə yaxın uşaq bizim ətrafımıza toplaşdı. Yumurta döyüşməkbaşladı, nə başaldı. Tubunun oğlu Dilavər bir hind yumurtasıyla 60-dan çoxyumurtanı döyüşüb uddu. Biz də o yumurtaları yığıb getdik Tubu xalagilə. Arvadbizi görəndə çox sevindi. İki daşın arasında sabılcanı sobanın üstünə qoydu vəbaşladı bizə qayğanaq bişirməyə. 20 nəfərin hamısına bu qayğanaqdan pay düşdü.Rəhmətlik Tubu xala dedi ki, ay uşaqlar, qayğanağın üstünə qatıq töküb yeyin,bu daha ləzzətli olacaq. Biz də qatıq töküb yedik...

... Hərçərşənbə axşamı biz qapı-qapı gəzər, evlərə qutu, cəvərancüllüt (qarğıdan düzəldilmişxüsusi qab) sallayar və gözləyərdik ki, bizə nə pay verəcəklər. Bir də görürdükbudu ha, o qabların içərisinə qoz, fındıq, konfet, şokolad, mer-meyvə qoyublar.Amma ən yaxşı payı biz bayram yumurtasını hesab edərdik. Yəni bayram yumurtasıo payların şahı idi. Biz bu qutunu Yusif əmigilə, Nübar mamamgilə, Seyidəli əmigilə,Əhəd əmigilə, Gülüş əmigilə, Abbas əmigilə sallayardıq...

... Rəhmətlikanam yumurtanı ya soğan qabığıyla, ya da tut ağaclarının dibində olan çubuqlaboyayardı. Və o çubuq da hər ağacın dibində olmazdı. Həmişə də yalvarardıq ki,ay nənə, çoxlu yumurta boya. Rəhmətlik anam da nə az, nə çox 150-180 yumurtaboyayardı. Səhərin gözü açılanda birinci qapımızı rəhmətlik Nəsib əmim döyərdi.Hamımıza da pay gətirərdi. Mənə, böyük qardaşıma və balaca qardaşıma boyanmışyumurta verərdi. Və biz də bu yumurtanı alanda elə bilərdik dünya bizimdi...

... Mənhapa-gopa basıb deyə bilmərəm ki, Bəhmənlidə 60-cı illərdə şəkərbura, paxlavabişirilərdi. Bizdə ən yaxşı şirin çörək bişi sayılardı. O bişinin görkəmi elə dəyaxşı olmasa da, amma dadı nə şəkərburadan, nə də paxlavadan geri qalmazdı. Mənimanamın və nənəmin bişirdiyi bişi indiki şəkərbura və paxlavalardan min dəfədadlı idi. Bilmirəm, o vaxtkı undan idi, ya onu bişirən adamaların əlinin bərəkətindənidi, amma çox dadlı idi. Hətta Tubunun oğlu Dilavər bir dəfə çantasında məktəbəbişi gətirmişdi, o bişinin üstündə az qala bir-birimizi qırmışdıq. AxırdaTubunun oğlu Dilavər dedi ki, ə, bir-birinizi qırıb öldürməyin e, üç-dörd dənəbişi gətirmişəm hamımıza çatacaq. O, çantasından bişiləri çıxardı bizim iyirmimizədə o bişilərdən kəsib verdi. Və bundan sonra tay uşaqlar dinmədilər...

...Axırıncı çərşənbə, yel çərşənbəsi gələndə rəhmətlik atam bizi səhər yuxudanoyadar və hamımızı quyunun başına aparardı. Quyudan vedrə ilə çəkib suyuçıxarar və sonra o su ilə bir-bir hamımız üz-gözümüzü yuyardıq. Üz-gözümüzüyuyandan sonra elə bil aydınlığa çıxardıq. Axı su aydınlıqdı!

...Novruzda hamımıza təzə paltar alınardı. Bir neçə gün qabaq evimizdəkiyorğan-döşək, gəbə-palaz çölə çıxarılıb günün altına atılardı. Yəni evdə nəpaltar-palaz vardı, hamısına yaz havası dəyməli, onlar çırpılmalı,tozdan-torpaqdan təmizlənib evə gətirilməli idi. Bayram günü isə qapımız həmişəolduğu kimi qohum-əqrəbanın üzünə açıq olardı. Dayım, əmim və digər qohumlarımız səhər saatlarında bizə gələr,bayramlaşıb gedərdilər. Atam rəhmətlik isə heç kimin evinə getməmişdən əvvəlbizə bir söz deməz, özü tək "Pobeda”sını minər, qəbiristanlığa gedər vəanasının məzarını ziyarət edib gələrdi. Çünki rəhmətlik Telli nənəm çox çətinliklə,əzab-əziyyətlə onları müharibə dövründə böyütmüş və ev-eşik sahibi etmişdi. Mənimatam zəhmli kişi idi. Amma nənəm Telli arvad ondan da zəhmli idi. Atam birAllahdan qorxardı, bir də nənəmin zəhmindən. Anamı incidib-eləyəndə nənəm xəbərtutar, ona tərsdən elə baxardı ki, bir də anamın qəlbinə dəyməzdi...

...Bizim kənd Cənubi Azərbaycanlı sərhəddi. Yəni Arazın o tayı Cənubi Azərbaycandı,bəri tayı bizim kəndlər. Onlar Novruzu çox möhtəşəm qeyd eləyirdilər. Səs-küyləri,gülüşləri Arazı aşıb bizim kəndə gələrdi. Və biz də o səsə, o gülüşə həsrət-həsrətArazdan o yana boylanardıq...

...Arazdan o yana boylananda cənublu qardaşlarımızın bayram axşamı neftlənmişparçadan düzəldilən və məftilin ucunabağlanıb yandırılan, göyə atılan fişəngləri görərdik. O fişənglər elə bil göydəkiulduzlara bənzəyirdi. Hara baxırdın göy üzündə o fişəngləri görmək olardı.Tubunun oğlu Dilavər də belə bir neftlənmiş parçadan fişəng düzəltmişdi və onuda göyə atanda o fişəng gəlib düşmüşdü ot tayalarına. Ot tayaları da başlamışdıyavaş-yavaş yanmağa. Nə yaxşı zastavadakı əsgərlər özlərini vaxtındaçatdırdılar; ot tayasını və yaxınlıqdakı mərəyi yanmaqdan xilas elədilər...

... Baxbelə! Allah Hafiz Tahirovun özünə, balalarına və nəvələrinə can sağlığı versin ki, mənə yazmağa belə birmövzu verdi. Yoxsa məndən olsaydı, bayramqabağı başqa bir yazı qələməalacaqdım. Milli dəyərlər, milli adət-ənənə və milli xüsusiyyətlər hər şeydənüstündü. Çünki bizi gələcəyə bu dəyərlər aparacaq, dünyaya və bəşəriyyətəsevdirəcəkdi. Ona görə də unudulan, yaddan çıxan milli dəyərlərimizi yadasalmaq və yaşatmaq tək Hafiz Tahirov kimi böyük ziyalıların deyil, bizim hərbirimizin borcudur...


TƏQVİM / ARXİV