adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Mart 2020 11:33
13986
DÜNYA
A- A+

Daha bir ABŞ konqressmeni koronavirusa yoluxub

Daha bir amerikalı konqressmen yeni növ koronavirusa (COVİD-19) yoluxub.

Adalet.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, koroanvirusa Yuta ştatını təmsil edən demokrat Benjamin Makadams yoluxub.

Xatırladaq ki, daha əvvəl amerikalı konqressmen Mario Dias-Balartın (Florida ştatını təmsil edən respublikaçı) yeni növ koronavirusa yoluxduğu deyilirdi.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada 200 mindən artıq insanın yeni növ koronavirusa yoluxduğunu, 8 mindən artıq insanın isə bu virusdan öldüyünü bildirib.