adalet.az header logo
  • Bakı 11°C
19 Mart 2020 11:24
10043
GÜNDƏM
A- A+

Azərbaycanda koronavirusla bağlı informasiya portalı istifadəyə verildi

Azərbaycanda əhalinin məlumatlandırılması məqsədiləwww.koronavirusinfo.azinformasiya portalı istifadəyə verilib.

Adalet.az xəbər verir ki, Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, xəstəliyin profilaktikası, əhalinin məlumatlandırılması və maarifləndirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında operativ qərargah tərəfindən məlumat portalı istifadəyə verilib.

Portalda koronavirus (COVID-19) haqqında təsdiqlənmiş ümumi məlumatlar, dünyada mövcud vəziyyət, Azərbaycanda virusla mübarizə sahəsində həyata keçirilən tədbirlər və operativ xəbərlər öz əksini tapıb.

Azərbaycan hökumətinin əhalinin sağlamlığılının mühafizəsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyənləşdirdiyi qaydalar, təlimatlar və tövsiyələr operativ şəkildə vətəndaşların diqqətinə çatdırılır.

Vətəndaşlar portala müraciət etməklə interaktiv qaydada onları maraqlandıran suallara cavab ala biləcəklər.