adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Mart 2020 10:33
26316
KRİMİNAL
A- A+

Bakıda 48 yaşlı kişi qonşusu tərəfindən qətlə yetirildi

Bakıda qətl hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Dağlıq küçəsində baş verib. Həmin küçədə ev 24, mənzil 17-də yaşayan 1972-ci il təvəllüdlü Bujdelyev Viktor Vladimiroviç çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirlib və orada ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, V.Bujdelyevi qonşusu, Dağlıq küçəsi ev 24 mənzil 21-də yaşayan 1956-cı il təvəllüdlü Əliyev Faiq Allahyar oğlu bıçaqlayıb. F.Əliyev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.