adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
19 Mart 2020 10:08
8281
GÜNDƏM
A- A+

Dünya üzrə koronavirusla bağlı son göstəricilər

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 19-na olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.

Adalet.az-ın məlumatına görə, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.

Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 176 ölkə/ərazi üzrə 219 345 nəfərdir. Son yoluxma sayı 557 nəfərdir. Onların içərisində 8 969 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 85 745 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 800 nəfər yeni sağalanlardır.