adalet.az header logo
  • Bakı 11°C
19 Mart 2020 09:55
23418
ELM VƏ TƏHSİL
A- A+

Dərsliklərin əvvəlcə Təhsil Nazirliyi tərəfindən təsdiq edilməsi tələbi qoyulub

Azərbaycanda mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisində fəaliyyət göstərən bütün ümumtəhsil məktəblərində istifadə ediləcək dərsliklərin əvvəlcə Təhsil Nazirliyi tərəfindən təsdiq edilməsi tələbi qoyulub.

Bunu Nazirliyin Tədris resursları şöbəsinin Baş məsləhətçisi Vüsalə Əliyeva deyib.

Onun sözlərinə görə, əvvəllər Təhsil Nazirliyi tərəfindən yalnız dövlət ümumtəhsil məktəbləri üçün yeni yaradılan dərsliklərin məzmunu yoxlanılır və təsdiq edilirdi:

"Özəl ümumtəhsil məktəblərində istifadə edilən və ya xaricdən gətirilən dərsliklərin məzmununun yoxlanılması və məktəblərdə istifadəsi ilə bağlı boşluqlar var idi.

Nazirlər Kabinetinin yeni təsdiqlədiyi "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası" ilə bu boşluq aradan qaldırılıb".

Nazirlik rəsmisinin sözlərinə görə, qaydaların tətbiqindən sonra mülkiyyət növündən asılı olmayaraq, istənilən ümumtəhsil məktəblərində istifadə edilən dərsliklərin məzmununa dövlət nəzarətinin həyata keçirilməsi mümkün olacaq.