adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Mart 2020 07:29
49410
ŞOU-BİZNES
A- A+

Məşhurlardan koronavirusla bağlı təşəbbüs: “Dünyamız məhv olmasın...”

Koronavirusun tüğyan elədiyi bir vaxtda hər kəs bu bəlaya özünəməxsus şəkildə reaksiya verməyə çalışır. Həm Azərbaycan, həm də dünya arenasında tanınan insanlar bəşəriyyəti təhdid edən məlum virusun yayılmamasına hansısa bir əməllə xidmət göstərməyə çalışırlar.

Adalet.az xəbər verir ki, məşhur amerikalı aktrisa Bleyk Layvli və kanadalı aktyor Rayan Reynolds nümunəvi addım atıb.

Tanınmış cütlük koronavirus (COVİD-19) epidemiyası səbəbi ilə qida və başqa ərzaq məhsullarına ehtiyacı olan şəxslərə yardım edib. Uzun illərdir evli olan Layvli və Reynolds "Feeding America” və "Food Banks Canada” xeyriyyə fondlarına ümumilikdə 1 milyon dollar pul ayırıb. Bu barədə instaqramda məlumat paylaşan iki məşhur sima xeyriyyə cəmiyyətlərinin bu cür yardımlara ehtiyaclarının olduğunu vurğulayıb.



Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 14 mart 2020-ci il tarixindən etibarən ölkə ərazisi xüsusi rejimə keçdiyinə görə,bizim məşhurlarda bu təşəbbüsə əməl edərək sosial şəbəkələrdə paylaşımlar etməyə başlayıblar.
Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə paylaşım edərək hər kəsi diqqətli olmağa çağırıb:"Hər birimiz özümüzü qorumaqla sağlam günlərə tezliklə çıxarıq”.

Sonra prodüser Tarix Əliyev (Tolik) də instaqramda status yazaraq hər kəsin bayram günlərində evdə olmağını məsləhət görüb:"Dostlar, bayramlar çox əzizdi, hamı bir- birinin evinə qonaq getmək istəyir. Amma çalışın öz ailənizlə, evinizin içində doğmalarınızla bayram günlərinizi qeyd edin. Çünki bununla biz sağlamlığımızla həm özümüzü, həm də doğmalarımızı virusdan qorumuş oluruq”.
Bundan əlavə, aparıcı Zaur Baxşəliyev instagram səhifəsində maarifləndirici videoçarx paylaşaraq qeyd edib ki, insanlar ehtiyac olmadığı təqdirdə evdən bayıra çıxmasınlar.
Həmçinin müğənni Nura Suri də hər kəsə evdə qalmağı məsləhət görüb.



Amma məyusedici bir xəbəri də qeyd etmək məcburiyyətindəyik. Beləki, 2001-ci ildə Rusiyanı "Miss Earth" Gözəllik yarışmasında təmsiil edən Bonya koronavirusla bağlı qalmaqallı açıqlama verib. Bonya sosial media hesabında belə bir açıqlama verib:"Bağışlayın, amma bunu paylaşmalıyam. Dünyamız məhv oldu. Planeti itirməkdənsə, insanlığın yarısını itirməyi üstün tuturam".

Rus gözəlinin "Planeti itirməkdən çox insanlığın yarısını itirməyi üstün tuturam" qeydi böyük reaksiya doğurub. 40 yaşlı məşhur model və aktrisa Victoria Bonyanın koronavirus haqqında sosial mediada paylaşımı izləyicilər tərəfindən tənqid hədəfinə tuş gəlib.

Yəqin ki, xeyirxah məramlı addımlar atıldıqca, belə mənfur və bədniyyət düşüncələr də olacaq!

Əntiqə Rəşid