adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
18 Mart 2020 23:19
7805
GÜNDƏM
A- A+

İtaliyada son gündə koronavirusdan 500-ə yaxın insan öldü

İtaliyada son gün ərzində koronavirusdan ölüm hallarının kəskin artımı qeydə alınıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə xidmətinin başçısıAncello Borellibildirib.

O, qeyd edib ki, gün ərzində koronavirus qurbanların sayı475-ə, ümumilikdə isə2 978-ə qədər artıb. Ölkədə xəstələr kimi həmçinin sağalanların da sayı artıb.

"Bu gün1 084insan sağalıb, onların sayı4 025nəfərə çatıb", - deyə o, keçirdiyi brifinqdə deyib.

"Bildirməliyəm: biz daha475ölüm hadisəsini qeydə aldıq", - Borrelli qeyd edib.

Beləliklə, İtaliyada COVİD-19 qurbanlarının sayı2 978nəfərə çatıb. Ən böyük artım Lombardiyada qeydə alınıb - burada319nəfər koronavirusun qurbanı olub.

Onun sözlərinə görə, ölənlər və sağalanlar da daxil olmaqla, ölkədə koronavirusa yoluxma hallarının ümumi sayı35,7min nəfəri ötüb.